Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:57

Jurnalist Aqşin Kazımzadə vəfat edib


Aqşin Kazımzadə
Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadə 74 yaşında vəfat edib.

A. Kazımzadə mətbuatda əmək fəaliyyətinə «Molodyoj Azerbaydjana» qəzetində başlayıb, Moskvada nəşr olunan «Sovetski sport» qəzetinin Azərbaycan üzrə müxbiri işləyib.

Əməkdar jurnalist «Bakinski raboçiy», «Vışka» və s. rusdilli qəzetlərdə müxtəlif vəzifələrdə, həmçinin «Azərenerji» ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.

O, «Əməkdar jurnalist» adına, «Qızıl qələm» mükafatına və bir sıra fəxri fərmanlara layiq görülüb. /APA/
XS
SM
MD
LG