Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:33

İyunun 15-dən 16-na keçən gecə Ay tutulması baş verəcək


Ay tutulması ildə 3-4 dəfə baş verir
Ay tutulması ildə 3-4 dəfə baş verir
Bu barədə «APA»ya N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. O deyib ki, Ay tutulması Bakı vaxtı ilə 23.22-də başlayacaq və 03.02-də başa çatacaq. Həmin vaxtın 1 saat 40 dəqiqəsi ərzində Ay tamamilə tutulacaq. Bu vaxt ərzində Yerin kölgəsi tamamilə Ayın üzərinə düşəcək, Yer Ay ilə Günəşin ortasında olacaq.

Ay tutulmasının ildə 3-4 dəfə baş verdiyini deyən Ə. Quliyev bildirib ki, bu proses Azərbaycandan yaxşı müşahidə olunacaq. Ay tutulması insanlarda heç bir narahatlıq yaratmayacaq:

«Bu, adi təbiət hadisəsidir. İldə 6-7 dəfə Günəş və Ay tutulması olur. Bunun insanlara heç bir təsiri yoxdur».
XS
SM
MD
LG