Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:56

Türkiyə Suriya iqtidarını amansızlıqda ittiham eləyir


Əvvəllər Bashar al-Asad rejimini dəstəkləyən Türkiyə Baş naziri Recep Tayyip Erdogan indi Suriya iqtidarını müxalifətə qarşı amansızlıq və vəhşilikdə ittiham edib.Ərdoğan yerli televiziyaya veridiyi müsahibəsində deyib ki, artıq bu amansızlığa səssiz qala bilməzlər.

İyunun 10-dan Suriya qoşunları Türkiyə ilə sərhəddə yerləşən Jisr al-Shughour şəhərində geniş hərbi əməliyyata başlayıb. Suriya dövlət tv-sinin məlumatına görə, əməliyyatlda 30 min hərbçi və hərbi texnika iştirak edir. Dövlət televiziyasının məlumatına görə, bir neçə gün əvvəl burda 120 polis pusquya salınıb öldürülmüşdü.

Ölkənin cənubundakı şəhərlərdə minlərlə adam Cümə namazından sonra küçələrə çıxıb və prezidetn Bashar Al Asadin istefasını tələb edib. Hökumət qoşunları aksiyaları dağıdarkən Darra-da 2, Dəməşqdə 3 etirazçını öldürülblər.



Türkiyə Qızıl Ay Cəmiyyəti bildirib ki, Suriyadan ölkəyə qaçanlar üçün sərhəddə ikinci müvəqqəti düşərgə salıb. Türkiyənin xarici işlər nazir Əhməd Davudoğlu bildirib ki, Türkiyəyə 2400 suriyalı gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG