Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

Yəməndə prezidentin əleyhdarları və tərəfdarları mitinq keçirir


İyunun 10-da Yəmənin paytaxtı Sanaada 100 minə yaxın adam president Ali Abdullah Salehin əleyhinə mitinq keçirilib. Ötən həftə iqamətgahı atəşə tutulanda yaralanan və indi Səudiyyə Ərəbistanında malicə edilən prezidentin hakimiyyətdən getməsini tələb ediblər.

Paytaxtın başqa bir yerində isə president tərəfdarları Salehi dəstəkləyən mitinq kçeiriblər. Yəğışanlar Salehin sağalması haqda xəbərləri bayram ediblər.

33 il ölkəyə rəhbərlik edən prezidentin istefası tələbiylə etirazlar yanvar ayından başlayıb.
XS
SM
MD
LG