Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:19

Mathew Brayza «NATO və Rusiyanın müdafiə sistemlərinin ayrı olması daha yaxşıdır»


Qəbələ RLS

Qəbələ RLS

ABŞ səfiri Mathew Brayza AzadlıqRadiosunun Qəbələ RLS-dən Azərbaycan, Amerika və Rusiyanın birgə istifadəsinin mümkünlüyü barədə sualını cavablandırıb. Səfirin sözlərinə görə, ABŞ NATO-dan olan həmkarları ilə birgə düşünür ki, müdafiə sisteminin müstəqil şəkildə olması daha yaxşıdır.

«ABŞ-ın silahdan müdafiə siyasəti aydındır. NATO-dan olan həmkarlarımızla düşünürük ki, müdafiə sistemi müstəqil şəkildə olsa daha yaxşıdır. Yəni, Rusiya ayrı, ABŞ ayrı. Amma bu iki sistemin öz aralarında əməkdaşlıq etmələri yaxşı olar. Bu əməkdaşlığın necə baş tutacağını dəqiqləşdirmək lazımdır. Çünki müdafiə sistemlərinin arxitekturası, quruluşu inkişaf etməkdədir. ABŞ dərk edir ki, Qəbələ RLS Azərbaycanda yerləşir və Rusiyanın istismarındadır. Əgər söhbət müdafiə sistemindən gedirsə bütün tərəflərlə müzakirələr aparılmalıdır».

Azərbaycanda yerləşən Qəbələ RLS Rusiyanın istismarındadır. İstismar müddəti 2012-ci ildə başa çatır. Rəsmi Moskva icarə müqaviləsini uzatmaq istəyir. Rusiya bu stansiyanın istifadəsinə görə ilə 10 milyon dollar ödəyir.

Azərbaycan Xaric İşlər Nazirinin müavini Araz Əzimov bildirib ki, Bakı müqavilənin müddətini uzatmağa hazırdır, amma onun şərtlərinin dəyişdirilməsini istəyir:

«Belə ki, rəsmi Bakı risklərin artması və onun əhəmiyyətinin yüksəlməsinə görə icarənin məbləğinin qaldırılmasını istəyir»

Qəbələ RLS Rusiyanın raketdən müdafiə sisteminin mühüm elementidir və cənub istiqamətindən mümkün raket zərbələri barədə əvvəlcədən xəbərdarlıq edir.

Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərən radiolokasiya stansiyası SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub, 1985-ci ildən istismara verilib.

Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib.

Hal-hazırda stansiyada 1400 nəfər Rusiya hərbiçisi qulluq edir. Burada həmçinin Azərbaycan mütəxəssisləri də fəaliyyət göstərir.

Bir neçə il əvvəl Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemləri yerləşdirməsinin əvəzinə Qəbələ RLS-dən birgə istifadəni təklif etmişdi. Amma ABŞ bu təklifə müsbət cavab verməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG