Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:01

Jurnalist Eynulla Fətullayev Corc Sorosa təşəkür məktubu göndərib


George Soros
George Soros

Həbsdən çıxmış jurnalist Eynulla Fətullayev Soros Fondlar Şəbəkəsinin sahibi George Sorosa məktubu göndərib. O, məktubunda Fond rəhbərinə həbsdə olduğu 4 il ərzində ailəsinə göstərilən maliyyə dəstəyinə görə təşəkkürünü bildirib:

“Mən həbsdə olduğum illərdə Sizin fond mənə və ailəmizə böyük maliyyə yardımları edib. Qürurumuzu, hürriyyətimizi, dəyanətimizi saxladığımıza görə həm də Sizə borcluyuq. Eyni zamanda məhz Sizin dəstəyinizlə fəaliyyət göstərən Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun KİV/İfadə azadlığı proqramı və Jurnalistlərin Müdafiəsi və Söz Azadlığı Fondu mülki və sosial hüquqlarımın müdafiəsində müstəsna xidmətlərə malikdir”- məktubda qeyd olunur.

Eynulla Fətullayev 2007-ci ildə vergidən yayınmaq, terrorçuluq barədə yalan məlumat vermək və s. ittihamlarla 8 il yarım müddətinə azadlıqdan məhrum edilmişdi. Onun azadlığa buraxılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı Azərbaycan hökuməti tərəfindən qismən təmin olunsa jurnalist bu qərardan 1 il 1 ay sonra – bu il mayın 26-da prezidentin imzaladığı əfv fərmanıyla azadlığa buraxılıb.
XS
SM
MD
LG