Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14

Çeçen qızını öldürüb, azadlığa çıxan rus polkovniki öldürülüb


Moskvada Çeçenistanda törətdiyi cinayətlərə görə həbs cəzasına məhkum edilən polkovnik Yuri Budanov öldürülüb. O, Çeçenistanda, 18 yaşlı Elza Kunqayevanı işgəncə verib öldürməkdə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdi. Amma 2009-cu ildə vaxtından əvvəl azadlığa çıxmışdı.

Rusiya KİV-lərinin məlumatına görə, onu bu gün naməlum şəxs güllələyib. Mediada çeçenlərin bu qətlli törətdiyi də iddia olunur. Rusiya Prokurorluğunun İstintaq Komitəsinin sözçüsü Vladimir Markin isə deyib ki, hələ bu iddiayla bağlı heç bir sübut yoxdur: "Budanovun keçmişini nəzərə alanda, istintaq qətlin təxribat ola bilcəəyini istisna eləmir. Hələ ki, bu qətlin arxasınd ahansısa etnik qrupun dayanmasıyla bağlı istintaqın əlində heç bir dəlil-sübut yoxdur".

Günün bütün mövzuları

XS
SM
MD
LG