Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:51

Universitetlərdə təhsil haqlarının məxfi artımı…


Universitetlərdə təhsil haqlarının məxfi artımı…
Gözlə

No media source currently available

0:00 0:56:50 0:00
Direct-ə keçid

Təhsil üzrə ekspertlər Etibar Əliyev və Əlövsət Osmanlı bu barədə fikir yürüdürlər.

Təhsil üzrə ekspertlər Etibar Əliyev və Əlövsət Osmanlı bu barədə fikir yürüdürlər.

Etibar Əliyev:

«Azərbaycanda artıq təhsilin bütün pillələri ödənişli təhsilə keçir. Orta məktəblərdə artıq repetitor təhsili üçün valideynlər qeyri-rəsmi ödənişlər edirlər. Bu xeyli miqdarda vəsait edir. Orta ixtisas məktəblərinin, texnikum və kolleclərin təxminən 70 faizi ödənişlidir. Ali məktəblərdə isə 30 faiz dövlət hesabına təhsil alır, 70 faiz Azərbaycan vətəndaşı isə ödənişli... Azərbaycanda indiki vəziyyətdə ali məktəblərdə təhsil haqqının 900 manatdan 4500 manata qədər müəyyənləşməsi çox yüksəkdir. Azərbaycanda təhsilin keyfiyyəti yüksək deyil. Təhsil verilən həmin pula dəymir. Çünki Azərbaycan ali məktəblərinin heç biri akkreditasiyadan keçməyib. Yəni, Azərbaycan ali məktəblərində təhsilin keyfiyyəti obyektiv olaraq qiymətləndirilməyib. İkincisi, heç bir ali məktəbin kampusu, yataqxanası yoxdur. Heç bir ali məktəb kənardan alimləri dəvət edə bilmir. Ali məktəblərdə müəllim-tələbə mobilliyi həyata keçirilmir.
Əlövsət Osmanlı
Ali məktəblərin infrastrukturu pis vəziyyətdədir, kitabxana, İKT təminatı aşağı səviyyədədir. Bundan başqa, Azərbaycanda minimum əməkhaqqı çox aşağıdır. Bu əməkhaqqı ilə təhsil haqqının bu cür artırılmasının bir adı var – insafsızlıq...».

Əlövsət Osmanlı:

«Hər şeyin dəyəri əsaslara söykənməlidir. Bizim təhsilimizdə hansı dəyişikliklər, hansı intibah baş verib ki, o qiymət bu qədər artırılır?... Bu qiymət artımının fəlsəfəsi də mənə aydın deyil. Nəyə görə bu qiymət qoyulub? Tutaq ki, hüquq fakültəsinə 615 baldan az toplayan pul ödəməlidir. Riyaziyyat fakültəsində isə 450 baldan yuxarı toplayanlar pulsuz oxuyurlar. Burda məntiq pozulur. Necə ola bilər ki, 460 bal toplayan pulsuz oxuyur, 610 bal toplayan isə pullu? Bir qayda müəyyənləşməlidir...»

Verilişi tam olaraq buradan dinləyin:


MÖVZU İLƏ ƏLAQƏDAR OXU
XS
SM
MD
LG