Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:53

Üç əsgər yaralanıb


Arxiv
Arxiv
İyunun 9-da axşam Tərtər rayonunda yerləşən hərbi hissələrdən birində baş vermiş insident nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin üç əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin verdiyi məlumata görə, silah və sursatla ehtiyatsız davranma nəticəsində əsgərlər Rəşad Məmmədov, Babək ŞahlarzadəAlxan Ağakərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hazırda onların vəziyyəti kafidir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mayın 17-də Naxçıvandakı N saylı hərbi hissədə xidmət edən kiçik çavuş, 19 yaşlı Elvin Əliyev əsgər yoldaşı, 19 yaşlı Tofiq Abdullayevi qətlə yetirmişdi. Hadisədən sonra Elvin Əliyev sonra özünü öldürmüşdü.

Bu ilin əvvəlində Daşkəsən rayonunda da Azərbaycan ordusunun əsgərləri bir-birinə atəş açıb, 7 nəfər həlak olmuşdu.
XS
SM
MD
LG