Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:38

İranın Şimal-Qərbində yerləşən Savalan dağı Ərdəbil Ostanlığının hər yerindən görünür. İranın ən hündür dağlarından biri olduğu üçün qışı-yayı zirvələri həmişə qarla örtülü olur.

Nəzərə alsaq ki, coğrafi quruluş olaraq İranın böyük hissəsi səhra və yarım-səhralardan ibarətdir, buna görə Savalanın ətəkləri qış fəslində xizək idmanı sevərlər üçün cəlbedicidir. Yayda isə dağın ətəyində qaynayan kükürdlü müalicəvi “Qotursu” həvəsinə bura gələnlərin hesabına Savalan dağı həmişə adamlarla dolu olur.

Savalan dağı Şahsevən eli üçünsə ikinci yurd yeridir. Belə ki, onlar yüz illərdir hər il yazın əvvəlindən payızın sonlarınadək İranın Bilasuvar, Muğan, Qaradağ bölgələrindən Savalan ətəklərinə təşrif buyurur və heyvandarlıqla məşğul olurlar. Qeyd edək ki, İranın şimalında Ərdəbil və Muğan bölgəsində 32, Meşkində 40, Qaradağda 18 oymaq Şahsevən elinə bağlıdır.

Onlar daimi yaşayış yerlərində kampakt yaşasalar da Savalanın ətəklərində qurduqları alaçıqlar pərakəndədir. Demək olar ki bu pərakəndəlik hesabına Şahsevənlər yenidən Arana qayadanadək digər yerlilərlə ünsiyyətdə olmur, öz ailələri ilə xudmani həyat yaşayırlar.

SAVALANDAN SƏSLİ FOTOLAR.

Şərhləri göstər

XS
SM
MD
LG