Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:50
Vəkil Əsabəli Mustafayev iyunun 10-da 3 saylı istintaq təcridxanasında saxlanılan AXCP fəalı Cabbar Savalanlı ilə görüşüb. Vəkil dediyinə görə, müdafiə etdiyi şəxsin səhhəti və saxlanma şəraitindən şikayətçi olmasa da o, məhkəmənin barəsində ədalətsiz hökm çıxarmasından narazılığını bir daha vurğulayıb.

«Cabbar Savalanlı dedi ki, onunla eyni gündə saxlanan, həm də bir neçə gün bir yerdə saxlandıqları bir nəfər narkotika asıllığı və bir dəfə məhkumluğu olduğu halda o, 1 illik azadlıqdan məhrum edilib, amma o, narkotikadan istifadə etmədiyi halda ona iki il həbs cəzası verilməsi ədalətsiz qərardır».

Amma buna baxmayaraq vəkil iyunun 16-a təyin edilən apelyassiya məhkəməsindən müsbət nəticə gözlədiklərini deyir. Vəkil düşünür ki, beynəlxlaq qurumların son günlər Cabbar Savalanlı ilə bağlı narahatlıqları nəzərə alınacaq.

Cabbar Savalan 2011-ci il fevralın 5-də Sumqayıtda saxlanılıb. Polis onun üstündən 0.7 qram narkotik maddə tapıldığını bildirb. Barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yaxınları isə bu ittihamı saxta sayır və bildirirlər ki, Cabbar Savalanın saxlanması onun siyasi fəallığı ilə bağlıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG