Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 07:55

65 yaş məhdudiyyəti ali təhsil ocaqlarına şamil olunmayacaq


Milli Məclis
Milli Məclis
Milli Məclisin Sosial siyasət komitəsi dörd qanuna dəyişiklik layihəsini təqdim edib.

Əmək Məcəlləsi:

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlar üçün 65 yaş məhdudiyyəti ali təhsil ocaqlarına şamil edilməyəcək.

«Psixiatriya yardımı haqqında» qanun:

Psixiatriya stasionarına yerləşdirilən pasiyent Ombudsmanla görüşə, pul və digər vəsaitlərdən istifadə edə, dini ayinləri sərbəst şəkildə yerinə yetirə biləcək.

«Əhalinin sağlamlığının qorunması haqqında» qanun:

Məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə müəssisələrində pulsuz ixtisaslaşdırılmış tibbi yardımla təmin olunacaqlar.

Ailə Məcəlləsi:

Valideyn uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkət törətdikdə, valideynlik hüququndan məhrum edilə bilər.

Layihələr müzakirələrdən sonra parlamentin iclasına tövsiyə edilib.
XS
SM
MD
LG