Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:49

Suriya qoşunları Jisr al-Shughour şəhərində geniş hərbi əməliyyata başlayıb


Suriya qoşunları Türkiyə ilə sərhəddə yerləşən Jisr al-Shughour şəhərində geniş hərbi əməliyyata başlayıb. Bu haqda Suriyanın rəsmi kütləvi informasiya vasitələri xəbər verib. Əməliyyatlda 30 min hərbçi və hərbi texnika iştirak edir. Bir neçə gün əvvəl burda 100-dən çox polis pusquya salınıb öldürülmüşdü.

Minlərlə suriyalı isə Suriya - Türkiyə sərhədini keçib. Sərhədi keçənlər əsasən Jisr al-Shughour şəhərinin sakinləridir.

Türkiyə Qızıl Ay Cəmiyyəti onlar üçün artıq ikinci müvəqqəti düşərgə salıb. Türkiyənin xarici işlər nazir Əhməd Davudoğlu bildirib ki, Türkiyəyə 2400 suriyalı gəlib.

Bu gün Suriyanın bir neçə şəhərində prezident Bashar Assadin istefası tələbi ilə etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.
XS
SM
MD
LG