Keçid linkləri

Təcili xəbərlər

TQDK sədri: «Ümidvaram ki, təhsil haqlarının qaldırılmasının elmi əsasları var»


Məleykə Abbaszadə
Məleykə Abbaszadə
«Dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslar üzrə təhsil haqlarının qaldırılması TQDK-ya aid məsələ deyil».

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O, TQDK-nın yalnız qiymətlər təsdiq olunmuş sənədlər vasitəsilə daxil olduqdan sonra onu açıqlayır. M. Abbaszadə vurğulayıb ki, təhsil haqlarının artırılması təhsilin də keyfiyyətinin artırılmasını tələb edir.

O, təhsil haqlarının hesablanması üçün xüsusi metodikaların olduğunu deyib:

«Bu bütün dünyada belədir. Mən bilmirəm bu metodikalardan nə dərəcədə istifadə edib bu addımı atıblar. Ümidvaram ki, bu addımın elmi əsasları var». /APA/

NƏZƏR YETİR

Təhsil haqqı 300 manatdan 1500 manata qədər artırılıb
XS
SM
MD
LG