Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:39

Həmsədrlər bəyanat verdilər


Həmsədrlər
Həmsədrlər
ATƏT-in Minsk Qrupunun həmsədrləri - Bernar Fasye (Bernard Fassier), Robert Bradtkeİqor Popov regiona səfərlə bağlı bəyanatla çıxış ediblər.

Həmsədrlər 6-9 iyun tarixlərində Bakıda, Dağlıq Qarabağda və Yerevanda olublar. Onlar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə (Andrzej Kasprzyk) birlikdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağın de-fakto rəsmiləri ilə görüşlər keçiriblər.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərinin yekunlaşdırılması və təsdiqi istiqamətində addımları müzakirə ediblər.

Bəyanatda həmsədrlərin iyunun 7-də Ağdam istiqamətində cəbhə xəttini piyada keçdiyi də bildirilir:

«Vasitəçilərin son 10 ay ərzində üç dəfə təmas xəttini keçməsi tərəflərin 1994-ü ildə əldə olunmuş atəşkəsə əməl edilməsi işində əməkdaşlığa nail ola bildiyini göstərir».

Həmsədrlər tərəfləri «bu mühüm dövrdə danışıqlar prosesinə zərbə vura biləcək təxribat xarakterli hərəkətlərə və ya bəyanatlara yol verməməyə» çağırır.
XS
SM
MD
LG