Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:07

İranda azərbaycanlı yazar Səid Muğanlı həbs olunub


Səid Muğanlı
Səid Muğanlı
İranda Azərbaycan dilində yazan tanınmış şair-publisist və jurnalist Səid Muğanlı həbs olunub.

APA-nın Güney Azərbaycan Milli Oyanış Hərəkatına istinadla verdiyi məlumata görə, Səid Muğanlı iyunun 5-də valideyinlərinin Ərdəbil yaxınlığındakı evində İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Axtarış vaxtı ona məxsus kompüter, kitablar və digər ləvazimatlar götürülüb.

Səid Muğanlı həmçinin İran azərbaycanlılarını maarifləndirmək üçün Azərbaycanca yazılmış ədəbiyyatları fars əlifbasına çevirməklə məşğuldur.

O, 2007-2008-ci illərdə Bakıda keçirilən ədəbi məclislərin iştirakçısı olub.

Bakıdan qayıdandan sonra İranın dövlət quruluşuna qarşı fəaliyyətdə ittiham olunaraq həbs olunmuş, bir müddətdən sonra isə girov müqabilində sərbəst buraxılmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG