Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:51
Azərbaycan prezidenti İlham Əliyevin bu Sloveniyaya rəsmi səfəri başlanıb.

APA-nın məlumatına görə, bu gün Lyublyanada öncə prezidentlərin təkbətək görüşü keçiriləcək, sonra isə görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.

Sonda isə iki ölkə arasında “Mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq, habelə ikiqat vergidən azad olma, kapital və gəlir vergisindən yayınmanın qarşısının alınmasıyla bağlı sazişlər imzalanacaq.

Sabah isə Azərbaycan-Sloveniya biznes-forumunun açılışı olacaq.

İlham Əliyev elə həmin gün Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şərəfinə ucaldılmış abidənin önünə əklil qoyacaq, xatirə lövhəsinin açılışında iştirak edəcək.

Azərbaycan prezidentinin Sloveniyaya səfəri iyunun 10-da başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG