Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:00

İtaliya Liviya üsyançılarına 400 milyon avro vəd edib


İtaliya Liviya üsyançılarına Liviyanın dondurulmuş hesablarından 400 milyon avro və yanacaq yardımı vəd edib.

Bunu Liviyayla bağlı beynəlxalq əlaqə qrupunun Abu Dabidə keçirilən iclası çərçivəsində İtaliyanın xarici işlər naziri Franco Frattini bildirib.

Görüşdə ərəb ölkələrilə yanaşı Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton, Böyük
Britaniya və Fransanın nümayəndələri iştirak edirlər.

Üsyançıların neft və maliyyə naziri Ali Tarhouni isə bildirib ki, Benqazidəki ötəri rəhbərlik yaxın vaxtlarda neft istehsalını bərpa etmək fikrindədir.

Söhbət gün ərzində təxminən 100 min bareldən gedir.

Amma Tarhouni dəqiq vaxt göstərməyib.

NATO qüvvələri bu gün yenidən Liviyanın paytaxtı Tripolidəki hərbi obyektləri bombalayıblar.
XS
SM
MD
LG