Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:55
Hüquq mühafizə orqanları iyunun 6-da Bakıda odlu silahla xuliqanlıq etmiş üç nəfəri axtatır.

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin yaydığı məlumata görə, əvvəllər məhkum olunmuş üç nəfər Sənan Dünyamalıyev, Cavid AğalarovBəhmən Səfiyev iyunun 6-sı "Neftçi" Təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Şəhriyyar Abbasova mane olublar. Sonuncu buna iradını bildirəndə onu "söhbət etmək üçün" Nəriman rayonundakı "Kral" şadlıq sarayının qarşısına dəvət ediblər.

Adı çəkilən ünvanda həmin şəxslərlə Şəhriyar Abbasov arasında mübahisə yaranıb.

Bu zaman S.Dünyamalıyev və C.Ağalarov "Vinçester" tipli tüfəngdən havaya bir dəfə atəş açıblar. Nəticədə şadlıq sarayının pəncərə şüşələri sınıb. Mübahisə zamanı Şəhriyyar Abbasovun tələbəsi Ramil Vəliyev sağ budundan iki bıçaq xəsarəti alıb. Bundan sonra hadisəni törədənlər gəldikləri avtomobillərlə hadisə yerindən uzaqlaşıblar.

Hadisə ilə bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (silah tətbiq etməklə qərəzli xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hər üç şəxs barəsində axtarış elan olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığımız son məlumata görə, hələki həmin səxslər saxlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG