Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:29

Qadınları zorlama Liviya əsgərlərinin əsas üsullarından olub


Qaddafi ordusu əsgərlərinin qadınları kütləvi şəkildə zorlaması Liviya liderinin üsyançılara qarşı tətbiq etdiyi əsas üsullardan biridir. Bunu Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Luis Moreno-Ocampo bildirib. O deyib ki, bununla bağlı kifayət qədər sübutlar var.

Liviya hakimiyyət orqanları hələlik deyilənlərə reaksiya verməyib.

May ayında Beynəlxalq Məhkəmə Muammar Qaddafinin, onun oğlu Saif al-İslamın və Liviya xarici kəşfiyyat idarəsinin rəhbəri Abdull as-Sanusinin həbsi haqqında order verib.

Qaddafi insanlıq əleyhinə cinayətlərdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG