Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:16
1971-ci ildə Nobel mükafatı almış Çili şairi, kommunist Pablo Neruda xəstəlikdən ölməyib, onu zəhərləyiblər.

Bu iddia ilə şairin keçmiş sürücüsü Manuel Araya çıxış edir.

Onun iddiası əsasında yerli Kommunist Partiyası məhkəməyə müraciət edib və Çilili hakim Mario Karroza şairin 1973-cü ildəki ölümünün səbəbinin yenidən araşdırılması haqda qərar qəbul edib.

Bu haqda "Los Angeles Times" qəzeti məlumat verir.

Təkrar araşdırma hətta şairin Çilidə - İsla Neqradakı qəbrindən sümüklərinin çıxarılıb analiz olunması ilə nəticələnə bilər.

Keçmiş sürücüsü iddia edir ki, Nobel mükafatlı şairi Çilinin keşmiş lideri, general Avqusto Pinoçetin casusu zəhərləyib.

Pinoçet 1973-cü ildə Çilinin demokratik yolla seçilmiş prezidenti Salvador Alyendeni devirərək hakimiyyəti ələ keçirib.

Onun qurduğu diktatura zamanı çoxlu sayda insan qətlə yetirilib, yaxud həbsxanalarda işgəncəyə məruz qalıb.

Neruda isə həmin il sentyabrın 11-də baş vermiş hərbi çevrilişdən cəmi 12 gün sonra ölüb.

Nerudanın yaxınlarının idarə etdiyi və şairin adını daşıyan fond israr edir ki, ölümün səbəbi - prostat vəzin xərçəngidir.

Keçmiş sürücüsü isə deyir ki, şairi Kommunist Partiyasının fəal üzvü olduğu və marksist prezident Alyendeni dəstəklədiyi üçün aradan götürüblər.

Ölümündən bir neçə gün qabaq Neruda hərbi çevrilişi sərt tənqid edib.

Keçmiş sürücüsü deyir ki, şairi Meksikaya qaça bilməməsi üçün zəhərləyə bilərdilər. Çünki Nobel mükafatlı Neruda orada rejimə müxalif mövqedən çıxışlar edə bilərdi.

Hakim Mario Karroza ölümün səbəbinin yenidən araşdırılması göstərişini Kommunist Partiyasının xahişindən sonra verib.

Həmin hakim Pinoçet diktaturası dövründə "yoxa çıxan" yüzlərlə insanın, eləcə də prezident Alyendenin ölümü faktını aradşırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG