Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:16

İctimai Palata «Nərimanov» kinoteatrının qarşısında mitinq keçirmək istəyir


Arxiv
Arxiv
İctimai Palata iyunun 19-da Bakının «Nərimanov» kinoteatrının qarşısında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Palatanın üzvü, Müsavat başqanının müavini Tofiq Yaqublu «Media forum» saytına açıqlamasında deyib ki, iyunun 8-də müraciəti meriyaya təqdim ediblər.

Müsavat və Xalq Cəbhəsi partiyası tərəfindən imzalanan müraciətdə meriyadan iyunun 19-da «Nərimanov» kinoteatrının qarşısında 5 min nəfərin iştirakı ilə keçiriləcək mitinqə şərait yaradılması istənilib.

Mitinq «Parlament buraxılsın və yeni seçkilər keçirilsin», «Sərbəst toplaşmaq azadlığı təmin olunsun», «Siyasi məhbuslara azadlıq», «Mətbuata təzyiqlərə son qoyulsun», «Korrupsiya və rüşvətxorluqla əsaslı mübarizə aparılsın» və s. tələblər ilə keçiriləcək.

Bir neçə müxalifət partiyası, ictimai qurumlar və ayrı-ayrı fərdlərin təmsil olunduğu İctimai Palata son aksiyasını aprelin 17-də keçirib.
XS
SM
MD
LG