Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:31

NATO ölkələri Gaddafini istefa verməyə çağırıb


NATO ölkələri bəyan ediblər ki, Liviyada Muammar Gaddafiyə qarşı kampaniya başa çatdırılanadək bu ölkədə qalacaqlar.

Təşkilata daxil olan ölkələrin müdafiə nazirləri bu gün Brüssel görüşündə bir daha bildiriblər ki, Gaddafi istefaya getməlidir.

Amma təşkilatın baş katibi Andres Fogh Rasmussen bildirib ki, NATO Gaddafidən sonra qayda-qanun yaratmaq üçün bu ölkəyə qoşun yeritmək fikrində deyil.

Rasmussen həmçinin NATO ölkələrini Liviyada mülki sakinləri qorumaq üçün daha çox səy göstərməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG