Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:21

Hüquq təşkilatları Qırğızıstanda yeni etnik qarşıdurmadan narahatdır


Hüquq təşkilatları xəbərdarlıq edirlər ki, Qırğızıstanda etnik münaqişəyə məsuliyyət daşıyanların məhkəməyə verilməsinin uğursuzluğu ölkədə daha zorakılığa yol aça bilər. Ötən il Qırğızıstanda özbək və qırğızlar arasındakı etnik qarşıdurma baş vermişdi.

Qarşıdurmanın birinci ildönümü ərəfəsində Amnesty International günahkarların hələ də məhkəmə qarşısına çıxarılmamağını "etnik qərəz və korrupsiya" kimi ittiham edib.
Ötən il Oş və Cəlilabad şəhərindəki qarşıdurmada 470 adama yaxın adam ölüb və Amnesty International deyir ki, bədbəxt hadisələrdən daha çox özbəklər ziyan çəkib.

Human Rights Watch isə bu günkü hesabatında deyir ki, əsasən özbək azlığın mənafeyinə uyğun olan araşdırmaların yetərincə aparılmamağı barışıq səylərini dağıda, bir gün yeni zorakılığa yol aça bilər.
XS
SM
MD
LG