Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:58

Prezident Administrasiyasının qarşısında aksiyaya icazə verilmədi


Arxiv foto

Arxiv foto

«Mur-Ay» tikinti şirkəti tərəfindən aldadılan 100 nəfərdən çox adam iyunun 8-də Prezident Administrasiyasının qarşısındakı etiraz aksiyası keçirib. Polis aksiyanın qarşısını alıb.

Aksiya iştirakçılarından 13 nəfər və «Yeni Müsavat» qəzetinin müxbiri Elmin Bədəlov saxlanılıb. Şifahi xəbərdarlıqdan sonra onlar sərbəst buraxılıblar.

Aksiyaçıların tələbləri odur ki, ya evlərə görə ödədikləri pullar geri qaytarılsın, ya da evlə təmin olunsunlar.

«Mur-Ay» şirkətinə qarşı vətəndaşlara külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Rəsmi məlumata əsasən, tikinti şirkəti Bakıda inşa olunan 414 mənzilli binada bir mənzili 3 və daha artıq adama satıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG