Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:23

Respublika Baş Prokurorluğunda kadr dəyişikliyi olub


Bu barədə APA-ya baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Murad Kazımov tutduğu vəzifədən azad olunaraq Siyəzən rayon prokuroru təyin edilib.

Baş prokurorun əmri ilə Yevlax rayon prokuroru vəzifəsini icra edən Firdovsi Nemətli Salyan rayon prokuroru, Salyan rayon prokuroru vəzifəsini icra edən Elxan Pənahov isə Yevlax rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG