Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

İnsan haqları təşkilatları xahiş edirlər ki, 32 dissident Özbəkistana verilməsin


Amnesty İnternational, Human Rights Watch və digər insan haqları qrupları Qazaxıstana müraciət ediblər ki, 32 özbək dissidentini Özbəkistan verməsin.

Baş prokurorluğa yazılan məktubda deyilir ki, həmin adamları Özbəkistanda işgəncə gözləyə bilər.

Bu şəxsləri Özbəkistan dini ekstremizmdə ittiham edir və onları Qazaxıstandan istəyir.

Human Rights Watch təşkilatının Özbəkistan üzrə araşdırıcısı Steve Sverdlow deyir ki, Qazaxıstanın bu adamları vermək kimi öhdəliyi yoxdur.

Ancaq bundan əvvəl Qazaxıstan etnik uyğuru Çinə verdi. Halbuki insan haqları təşkilatları Qazaxıstandan xahiş edirdilər ki, onu Çinə verməsin, çünki onu Çində işgəncə gözləyə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG