Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:49

Səs-küylü Milli Kitab Mükafatı ilə bağlı debat


Pərviz Cəbrayıl
«İşdən sonra» proqramında Milli Kitab Mükafatının təşkilatçısı, «Əli və Nino» Kitab Evinin rəhbəri Nigar Köçərli, Münsiflər Heyətinin üzvləri - tarixçi-alim Cəmil Həsənli, jurnalist-publisist Rəşad Məcidmüsabiqənin qalibi – «Yad dildə» romanının müəllifi Pərviz Cəbrayıl müsabiqə haqda fikirlərini bölüşürlər.

Pərviz Cəbrayıl:

«Mən nə Yazıçılar Birliyinə müxalifətdəyəm, nə siyasi müxalifətdəyəm. Mən yazıçıyam və deməli müxalifətdəyəm. Yazar müxalif deməkdir. Rəşad bəy deyir ki, bu siyasi bir şeydir. Rəşad bəy özünü də işə salıb, bizi də. Ədəbiyyatda belə siyasi söhbətlər etmək absurd bir şeydir...».

Rəşad Məcid:

«Bədii əsərin əsas keyfiyyətlərindən biri onun gözəl dili, təhkiyəsinin olmasıdır. Rastıma çıxan, ədəbi zövqü olan əksər adamlar deyib ki, o əsəri axıracan oxuya bilməmişik. Necə ki, sovet dövründə hansısa bədii dəyəri olmayan, kolxoz və kənddən bəhs edən əsəri birinci edirdilərsə, burda da həmin proses baş verib -
Cəmil Həsənli
sərt, qiyamçı-üsyançı, ədəbi cəhətdən zəif bir əsəri qalib ediblər. Hesab edirəm ki, heç münsiflərin yarısı o əsəri oxumayıb. Təşkilatçıdan rəy öyrəniblər ki, hansı əsərə nə verək... Qaldı bir neçə nəfərin qruplaşmasına, o da yəqin ballar açıqlanandan sonra bilinəcək...».

Cəmil Həsənli:

«Bu məsələdə mən Rəşad bəylə razı deyiləm. Mənim yanaşmam belədir ki, ümumiyyətlə, bu 10 əsərin içərisində böyük ədəbiyyat yoxdur. Amma hər halda, yaxşı əsər kimi bu 10 əsər müsabiqəyə buraxılıb. Bizim seçimimiz bu 10 əsərin içərisindədir... Mən Məqsəd Nurun əsərinə 9 vermişəm. Mən heç bir partiyanın üzvü deyiləm və siyasi mülahizələrə görə bu məsələlərə qiymət vermək fikrindən uzağam. Mən əvvəldən maraqlanıb öyrənə bilərdim ki, bu kimdir. Mən sonradan bildim ki, AzTV-də işləyir, iqtidarın müəyyən tədbirlərində kifayət qədər aktiv adamdır.
Nigar Köçərli
Amma onun əsəri yaxşı əsərdir... Mən onun əsərinə xoşuma gəlməyən addımına görə necə aşağı qiymət verə bilərəm? ...»

Nigar Köçərli:

«Ötən ildə eyni söhbətlər var idi. Amma Rəşad bəy, ötən il o sözləri Siz demirdiniz. Sizə çox böyük hörmətim var. Sadəcə, düşünürəm ki, burda bir balaca emosional qərar vermisiniz. Qalmaqaldan bir gün əvvəl Siz burda, bu studiyada oturmuşdunuz və dediniz ki, kimin qalib gəlib-gəlməməsindən asılı olmayaraq, inanıram ki, bu, obyektiv və ədalətli bir müsabiqədir. Nə oldu sonra? Cığallıq edirsiniz. Amma yenə də Sizə çox minnətdaram ki, ötən il də, bu il də çox böyük dəstək verdiniz...».

Verilişi tam olaraq buradan dinləyin.
XS
SM
MD
LG