Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:25
“Uşaqlıq, sıxıntı, problemlər bizi tənhalığa sürükləmişdi. Qələmlə vərəqlə dost olduq”. Bunu “A-team” rep qrupundan Şahruz Həsənli “14-24”-ə deyir.

“A-team”in digər üzvü DAKO deyir ki, Azərbaycan repində team-komanda anlayışı yoxdur:

“Şahruz isə “A” dedi. Belə izah etdi ki, “A” həm ən çox sözdə olan hərfdir, kateqoriyalara böləndə də A birincidir. Biz “A”-nı birincilərin anlamında qoymuşuq. Amma mənanı insanların öhdəsinə buraxmışıq”.

Dako deyir ki, onu repə gətirən azadlıq anlayışı olub:

“Hərə bir cür özündə azadlıq tapır. Biz yazıb- pozmaqla, öz hisslərimizi ifadə etməklə bunu edirik. Bu ilk öncə yazı formasında oldu, sonra repə keçdi. Rep bizdə yaxşı alındığı üçün bu yolu seçdik”.

- Siz nələrdən yazırsınız?

- Şahruz: İlk öncə özümüzdən yazırıq. Özümüzdən yazmaqla xalqı ifadə edirik.

- Dako: Repçi insanları hiss etmək və bu hissləri ifadə etməyi bacarmalıdır.

Gənc reperlərə ailədə münasibət əvvəlcə heç də yaxşı olmayıb. Dako:

“Əvvəl mane olurdular, Amma kimsəsizlərə yardım konserti oldu, öz ailəmi də dəvət etdim ki, görsünlər nə işlə məşğulam. Sübut etdim ki, bu pis deyil. Bizim məqsədimiz mənəvi fəthdir”.

“A-team”-in “14-24”-dəki çıxışının davamını buradan dinləyin:



Sayta hazırladı: Gülnar Axundova
XS
SM
MD
LG