Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:18
Qafqaz Müsəlmanları İdarəsi 2011-ci il üçün Həcc ziyarətinə sənəd qəbuluna başlayıb. Sənəd qəbulu sentyabrın ortalarına qədər davam edəcək.
Qurumun mətbuat xidmətinin məlumatında görə, 2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ayrılmış kvotaya uyğun olaraq 2.000 zəvvar avtobus və təyyarələrlə yola düşəcək.
Avtobuslar Azərbaycan-Gürcüstan-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə, təyyarələr isə Bakı-Ciddə, Mədinə-Bakı marşrutu üzrə hərəkət edəcək. Zəvvarlar müqəddəs yerlərə 28-31 oktyabr tarixlərində yola düşəcək. Avtobusların yola düşmə vaxtı barədə əlavə məlumat veriləcək.

QİYMƏTLƏR DAHA BAHADIR

Avtobuslarla səfər 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə 3750 manatdır. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.
Yeniliklərə zəvvarların məcburi həyat sığortası, otellərdə gündə isti yemək və qəlyanaltı daxil olmaqla 2 dəfə yemək, Mina və Ərəfatda isə qəlyənaltıların təklif olunması, habelə Müzdəlifə və Ərəfata zəvvarların dəmiryol qatarı ilə çatdırılması daxildir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG