Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:00

Almaniya kansleri ABŞ-da təntənəli qarşılanan ilk avropalı lider olacaq


Almaniya kansleri Angela Merkel Vaşinqtondadır. O, ABŞ-ın yüksək mükafatı Prezidentin Azadlıq Ordenini qəbul etmək üçün bu ölkəyə gəlib.

Merkel birləşmiş Almaniyanın kansleri postunu tutam ilk şərqi almaniyalı və qadındır. Onun şərəfinə Ağ Evdə 19 yaylım atəşi açılacaq.

ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra Ağ Evdə onun şərəfinə nahar veriləcək.

Merkel ilk Avropalı liderdir ki, Obama tərəfindən bu cür yüksək səviyyədə qarşılanacaq. Barak Obama yalnız Meksika, Çin və Hindistan liderlərinin şərəfinə belə qəbul düzəldib.

ABŞ rəsmiləri deyirlər ki, bu, 2009-cu ildə prezident seçiləndən sonra Merkellə Obama arasında yaranmış sıx əməkdaşlığın əlamətidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG