Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:20

Çinli diplomatlar Liviya üsyançıları ilə görüşəcəklər


Çin bildirib ki, onların diplomatları Liviya üsyançılarının əlində olan Benqaziyə gediblər. Onlar Milli Keçid Şurası ilə danışıqlar aparmaq niyyətindədirlər.

Çinin Xarici İşlər Nazirliyi bildirib ki, Liviyaya gedən diplomatlar Çinin Qahirə səfirliyinin əməkdaşlarıdır və Liviyaya səfər ediblər ki, yerli vəziyyəti, burdakı Çin şirkətlərinin durumunu öyrənsinlər.

Çin BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür və qurumun mart ayında Qaddafinin dinc əhaliyə qarşı zorakılığının qarşısını almaq üçün NATO qüvvələrindən istifadə etməsinə veto qoyan ölkələr sırasında idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG