Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:49

Tanınmış İsveçrə yazıçısının əsəri ilk dəfə Azərbaycan dilində


Görkəmli İsveçrə yazıçısı Frans Hohlerin "Qapı Döyülür" adlı romanı Azərbaycan dilində "Alatoran Yayınları" seriyasından dərc olundu.

Acgözlüklə kitab oxumaq istəyən, sevgi intriqalarının dərinliklərinə baş vurmaq istəyən oxucular üçün bu kitab vaz keçə bilməyəcəkləri bir fürsət olacaq.

Müasir İsveçrə ədəbiyyatının ən tanınmış adlarından olan Franz Hohler gənc yaşlarında german və roman dilləri üzrə mütəxəssis olmağı qarşısına məqsəd qoyub, eyni zamanda paralel olaraq musiqi və incəsənətlə məşğul olmağa davam edib.

1965-ci ildə piççikado üslubunda çaldığı musiqi parçaları ona uğur qazandırıb və bundan sonra özünü bütünlüklə incəsənətə həsr edib, bu sahədə rəngarəng fəaliyyət sərgiləyib. Bu günə qədər çoxsaylı romanlar, hekayələr, uşaq kitabları və pyeslər yazıb, əsərlərinə filmlər çəkilib, televiziya tamaşalarına quruluş verib.

Hal-hazırda televiziya və radioda özünün yaratdığı satirik müəllif proqramının aparıcısıdır. Ən məşhur əsəri sayılan “Totemügerli”də İsveçrə-Alman nağıl qəhrəmanın sərgüzəştləri təsvir olunub.

Franz Hohler İsveçrə yazarlar assosiasiyasının və Beynəlxalq Pen təşkilatının üzvüdür. Əsərləri Azərbaycan dilində ilk dəfə dərc olunur.

enyeniedebiyat.com

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG