Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42

R. Kauzlarich: “Neft pulları ölkədə hamının dolanışığını yaxşılaşdırmağa istifadə olunmalıdır”


Richard D. Kauzlarich

Richard D. Kauzlarich


Azərbaycan rəsmilərinin xaricdə üzləşdiyi çətin suallardan biri də adətən söz azadlığı ilə bağlı olur.

Bu dəfə ABŞ-a səfər etmiş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova da bu haqda sual verilib.

Sualı iyunun 3-də “Atlantic Council”dakı tədbirdə ona ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-97) olmuş, hazırda isə Amerikadakı “George Mason” Universitetində çalışan Richard Kauzlarich verib.

Məmmədyarovun suala cavabı belə olub:

- Biz ona nail olmuşuq ki, olkənin 50 faizindən çoxunun internetə çıxışı var. Ölkə ərazisinin 100 faizi mobil rabitə sistemi ilə əhatə olunub, hökumət Blackberry-nin Azərbaycanda fəaliyyətinə şərait yaradıb, Avropa Birliyinin dəstəyilə məktəblərin kömpüterləşdirilməsi proqramını həyata keçirir. İnternetin genişləndirilməsi Azərbaycanın söz azadlığına necə ciddi yanaşdığını göstərir. Facebook, Twitter ve digər şəbəkələrə giriş sərbəstdir. Hamı özünü sərbəst şəkildə ifadə edir. Ona görə də söz azadlığının məhdudlaşdırılması haqda söhbətlər artıq köhnəlib”.

E. Məmmədyarov deyib ki, “bir xarici işlər naziri olaraq müxalifətin tənqidlərindən təngə gəlib”.

- Belə çıxır mən nə edirəmsə səhvdir. Bir analiz aparın və görün müxalifət qəzetlərində məni bir ictimai fiqur kimi hər şeyə görə necə tənqid edirlər. Bilik səviyyəmdən tutmuş, qalstukumun rənginə qədər məni tənqid edirlər.

Bu, normaldır mənim bununla bağlı problemim yoxdur. Bir prosesdir, inkişaf davam edir. Bu dünyada heç kəs mələk deyil”.

E.Məmmədyarova sual vermiş Richard Kauzlarich daha sonra Azadlıq Radiosunun Washington-a ezam edilmiş müxbirinin suallarını da cavablandırıb.

- O, Azərbaycanın demokratiya məsələsində beynəıkxalq qurunmlar tərəfindən tənqid edilməsinə necə baxırsız?


- Demokratiya heç vaxt mükəmməl olmur. Bizim ölkəmizdə də demokratiya ilə bağlı müəyyən problemlər var. Azərbaycan indi varlı dövlətdir. O şübhəsiz ki, müstəqil dövlətdir - müstəqil siyasət yürüdən bir dövlətdir. Məncə, indi onun Qərb dövlətləri ailəsinin üzvü olmaq üçün çox ciddi işlər görməsinin vaxtıdır.

Müstəqil media, müstəqil məhkəmə, siyasi sistemin təkmilləşdirilməsi vacibdir. Bunlar 21-ci əsrin modern dövlətinin əsas atributlarıdır. Məncə, Azərbaycan özü də bunu istəyir. Amma bunun üçün müəyyən vacib işlərin görülməsi lazımdır.

- Richard Kauzlarich vaxtilə Azərbaycanın xarici şirkətlərlə neft yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanmasına şahidlik edib. O vaxtdan 15 ildən çox keçir. Sizin fikrincə, Azərbaycan xalqı həmin müqavilələrdən nə qədər bəhrələnir?

- Mən çoxdandır Azərbaycandan qayıtmışam. Amma mən bu gün Naxçıvanda iqtisadi vəziyyətlə bağlı etiraz aksiyası olduğunu narahatlıqla oxudum. Həmişə təəssüflənmişəm ki, səfir olduğum müddətdə Naxçıvana səfər etmək imkanım olmayıb. Neft gəlirlərindən Azərbaycanın bəzi bölgələri digərlərindən daha az faydalanır. Mənim öz ölkəmdə də belədir. Mən “Əsrin müqaviləsi”nin imzalanmasının şahidi olandan bəri Azərbaycanın var-dövləti dəfələrlə artıb. Həmin gəlirlər bütün azərbaycanlıların dolanışığının yaxşılaşdırılması üçün istifadə olunmalıdır. Ümid edirəm ki, belə olacaq.

Richard Kauzlarich bütün beynəlxalq səylərə baxmayaraq Qarabağ münaqişəsinin indiyəcən həll edilməməsinə də münasibətini bildirib.

- Xarici vasitəçilərin hər biri münaqişənin həlli üçün imkanı daxilində səylər göstərib. Minsk qrupu, o cümlədən ABŞ, Rusiya, Fransa, eləcə də Türkiyə bacardığını edir. Sadəcə həm Bakida, həm də Yerevanda rəhbərlər qərar verməlidirlər, konfliktin həlli ilə bağlı siyasi qərar verilsin, yoxsa sülh xəyal olaraq qalsın. Mən səfir kimi çalışanda da belə idi, indi də belədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG