Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:03
İyunun 6-da Bakı Apelyasiya Məhkəməsi «Bizim Yol» qəzetinin əməkdaşı Ramid İbrahimovun Səbail rayon Polis İdarəsinin 9 saylı Polis bölməsinin təhqiqatçısı Fazil Mahmudova qarşı şikayətinə baxıb. Fazil Mahmudov özü məhkəməyə gəlməyib.

Hakim Qail Məmmədovun sədrlik etdiyi prosesdə Səbail Rayon Məhkəməsinin çıxarıdığı qərar qüvvədə saxlanılıb.

Ramid İbrahimov iddia edir ki, «Mur-Ay» tikinti şirkəti tərəfindən aldananlar fevralın 12-də etiraz aksiyası keçirən zaman o, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən döyülüb. O, Səbail rayon Polis İdarəsinin 9 saylı Polis bölməsinin təhqiqatçısı Fazil Mahmudova qarşı cinayət işinin açılmasını xahiş edirdi.

Məhkəmə jurnalistin şikayətinin təmin edilməməsi haqda qərar çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG