Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:25
“Bəzi münsiflər bunu qəsdən edirlər. Hesab edirəm ki, qəti bu cür olmamalıdır. Mən daha heç vaxt iştirak etməyəcəyəm. Zəng vurub münsiflərə deyirlər ki, buna səs verin, o birinə verməyin. Bu oyunlar mənim xoşuma gəlmir. Mən birinci yeri tutanın deyil, hesablanmanın əleyhinəyəm”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, Milli Kitab Mükafatının münsiflər heyətindən istefa verən Çingiz Abdullayev deyib.

Onun sözlərinə görə, onluğa düşən əsərlərə düzgün bal verilməli idi: “Hamısı tanınmış yazıçılardır, İnanmıram ki, bəzilərinə bir-iki bal verib, o birilərə 10 bal versinlər. Bəzi münsiflər bunu qəsdən edirlər”.

Abdullayev məhz bu səbəbdən bununla razı olmadığını söyləyib. Münsif birinci yeri tutanın deyil, hesablanmanın əleyhinə olduğunu və heç kəsə aşağı bal vermədiyini qeyd edib. Onun sözlərinə görə, bu riyaziyyatdır, kiməsə bir ya iki bal verəndə, o biri on nəfər adama 10 bal verməlidir ki, gəlib yuxarı çıxsın: “Bunlar qəsdən edirlər. Bir bal verirlər ki, o əsər keçməsin. Mən Məqsəd Nura daha çox bal verərdim, nəinki Pərvizə. Elə belə də etmişəm”.

Abdullayev Paşa Qəlbinur, Natiq Rəsulzadə, Azər Abdullaya da çox bal verdiyini deyib. O, həmçinin Paşa Qəlbinunurun əsərinin rusca yazılması ilə bağlı deyilən fikirləri təkzib edib: “Onu yalan deyirlər. Qəlbinur ömründə rus dilində heç nə yazmayıb. İndidən onu düz demirlər, qəsdən belə edirlər. Natiqi də qəsdən çıxarıblar ki, o rusca yazıb, səs verməyin. Bu lap gülməlidir”.

İnternətdəki səsverməyə baxmadığını deyən Ç. Abdullayev qeyd edib ki, Natiq Rəsulzadənin əsərinin birinci yerdə getdiyindən xəbərdar olub. Abdullayev Rəsulzadənin 60 min səsinin bir gündə 30 minə qədər necə azaldığının başa düşmədiyini söyləyib: “Bu oyunlar xoşuma gəlmir. Hesab edirəm ki, bu belə olmaz. Biz yığışıb müzakirə etməliydik. Əgər biz milli mükafat veririksə, belə etməliyik. Onların da kimə istəsələr səs verməyə ixtiyarı var. Amma onda mən orda olmayacağam”.

Münsiflərin sayının 17 nəfərdən ibarət olmasının pərdəarxasından danışan yazıçı buradakı oyunları hələ indi başa düşdüyünü deyib: “Birincisi, inanmıram ki, 17 nəfər əsərlərin hamısını oxuyub. Mən Yazıçılar Birliyinin katibiyəm. Mən istəsəm də, istəməsəm də onu oxuyuram. Yazıçılarla ünsiyyətdəyəm, bilirəm. Amma elə münsif var ki, onlar yazıçıların adlarını da eşitməyiblər. Zəng vurub deyirlər, buna səs yazın, o birinə yazmayın. Ona görə bu mənim xoşuma gəlmir. Nigar Köçərliyə zəng vurub etirazımı bildirmişəm. İnandırım sizi ki, hələ bəzi münsiflər nə baş verdiyini, hamısını bilmirlər. Biləndən sonra indi üç nəfər münsif çıxıbsa, ondan sonra çox adam çıxacaq. Abırlı adam istəyir öz abrını saxlasın. Hamısını danışmaq istəmirəm. Bilsələr inanıram ki, Rafiq Əliyev də, Cəmil Həsənli də çıxacaq. Əminliklə deyirəm ki, Rafiq Əliyev bilmir. Bu gün onunla da danışacağam. Rüstəm İbrahimbəyov, Vaqif Səmədoğlu və başqaları nə baş verdiyini bilmirlər. Söz azadlığı olmasının tərəfdarıyam, belə oyun getdiyini görəndə təəssüflənirəm. Birinci yer alan adam nə yazıçıları, nə də Yazıçılar İttifaqını bəyənmir. Yaxşı ən azı bir sual ortaya çıxır, əgər yazıçıları, bugünkü ədəbiyyatı bəyənmirsənsə, onda niyə görə burda iştirak edirsən, özünü yazıçı kimi təqdim edirsən? Razı deyiləm və mən çıxdım”.

Nərgiz Ehlamqızı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG