Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:09

Təbii fəlakət Füzulidə 1000-dən artıq evə ziyan vurub


Rayonda qeyri-sabit hava şəraiti davam edir
İyunun 5-də saat 21 radələrində Füzuli rayonuna güclü dolu düşüb, leysan yağıb.

Xüsusilə Horadiz şəhəri, Mirzənağılı, Əhmədalılar, Qazaxlar, Mollaməhərrəmli, Arayatlı kəndlərinə ciddi ziyan dəyib.

Füzuli rayon İcra Hakimiyyətindən «APA»ya bildirilib ki, fəlakət nəticəsində 1000-dən artıq yaşayış evi, idarə, müəssisə və təşkilat binaları ciddi ziyan çəkib, ağaclar sınıb, küçələr sel suları ilə dolub.

Özəl və dövlət avtomobilləri, elektrik xətləri sıradan çıxıb, yüzlərlə mal-qara tələf olub.

Hazırda rayonda qeyri-sabit hava şəraiti davam edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG