Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:00

FIFA və UEFA prezidentlərinin iştirakı ilə yeni stadionun açılışı olub


Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə tədbirlərə start verilib.

AFFA tərəfindən Mərdəkanda inşa olunmuş AFFA Futbol Mərkəzində «Dalğa Arena»nın və yardımçı meydanın açılış mərasimi olub.

Mərasimdə FIFA Yozef Blatter (Joseph Blatter), UEFA prezidentləri Mişel Platini (Michel Platini) və AFFA prezidenti Rövnəq Abdullayev iştirak ediblər.

Açılışdan sonra onlar əsas meydana baxış keçiriblər, meydanın ortasında üstündə FIFA, UEFA, AFFA-nın emblemləri olan şarları göyə buraxıblar.

Daha sonra Blatterlə Platini meydanda olan 17 yaşlı qızlardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüblər. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG