Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:54

"Ədəbi Azadlıq-2011": qaliblər bəllidir. Mükafatlandırma iyunun 15-də olacaq


Ötən ilki müsabiqəmizin seçmə hekayələr kitabı

Ötən ilki müsabiqəmizin seçmə hekayələr kitabı

Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş "Ədəbi Azadlıq-2011" hekayə müsabiqəsi yekunlaşır.

Artıq qaliblər bəllidir və onların adları iyunun 15-də axşam saat 6. 30-da Bakıdakı Azad Fikir Universitetində (Ünvan: Süleyman Rəhimov 183, "Diplomat" otelə bitişik bina) təşkil edilməsi planlaşdırılan mükafatlandırma mərasimində açıqlanacaq.

Mükafatlandırma mərasimi iyunun əvvəlinə nəzərdə tutulsa da, Azadlıq Radiosunun Vaşinqtondakı Yayım Şurasından gələn qonağın da iştirakı üçün bir qədər sonraya təyin edilib.

Qaliblər Münsiflər Heyətinin 4 üzvünün 1-ci turda hekayə müəlliflərinin adını bilmədən oxuyub verdikləri əsas ballar və daha sonra "Oxu zalı"nda keçirilmiş on-line səsvermənin nəticələrini nəzərə alaraq verdikləri əlavə balların toplanması yolu ilə müəyyən edilib.

Münsiflərin də adları mükafatlandırma mərasimində açıqlanacaq.

Müsabiqədə birinci yeri tutan yazar notebook, 2-ci və 3-cü nəticəni göstərənlər isə netbook-larla mükafatlandırılacaqlar.

Bu ilki qısa siyahıya ötən illə müqayisədə 10 yox. 13 yazarın əsəri düşdüyü üçün balların sayına görə 4,5 və 6-cı nəticəni göstərən müəlliflərə də mükafatlar - e-book reader-lər (elektron kitab oxumaq üçün) veriləcək.

Müsabiqəyə təqdim edilən təxminən 150 hekayə arasından seçilən 50 əsər isə ayrıca kitab halında çap ediləcək.

Artıq kitab çapa demək olar ki hazırdır. 50 hekayənin seçilməsi prinsipləri belədir:

1. Müsabiqənin qısa siyahısına düşən hekayələr (13 hekayə),
2. Münsiflərdən bal alsa da, qısa siyahıya düşməyən hekayələr (17 hekayə),
3. "Oxu zalı"nın redaktorunun seçdiyi hekayələr (20 hekayə)

Kitaba aşağıdakı hekayələr daxil edilib (Siyahı əlifba sırası ilədir).

Aqşin Yenisey. Maqa Dumba
Alpay Azər. Örtüksüz mafə
Anar Fərəcov. Yerevan azərbaycanlısının memuarları
Arif Qasımzadə. Azadlıq yanğısı
Aslan Quliyev. Bir yay günü
Ayxan Eyvaz. Cinlərin Bakıya gəlişi
Azad Qaradərəli. Gilənar albalı olurmu?
Azər İsaak. Sibir laykası
Babək Göyüş. Yaşıl qurbağanın çəhrayı daşı
Bəxtiyar Hidayət. Tabutdan canlı yayım
Dilqəm Əhməd. Cəfər
Elməddin Məhəmmədzadə. Pencək
Elnaz Eyvazlı. Zorlanmış qürur
Esmira Məhiqızı. Cəhənnəmin ortası
Eyvaz Zeynalov. Dərs ilinin başlanğıcında
ƏLABBAS. Qonşu
Əli Əkbər. Sərdar
Fərhad Amur. Dünya yenə işıqlıdı
Firqan Sadıq. Qara eynək
Hacı Hacıyev. Sonuncu şah
Xülya Sabirli. Gülən ev
Jalə İsmayıl. Ülviyyə Heydərova
Qəşəm Nəcəfzadə. Bənövşə
Lamiyə Dadaşova. «S»-lə bitən
Məcid Həsənli. Qırmızı
Mənsurə Qaçayqızı "Qərar"
Mətləb Muxtarov ''Araba Sahipinden Satılıktır''
Mirmehdi Ağaoğlu. Pulan
Musa Əfəndi. Onları yol apardı
NİHALƏ. Qara torağay
Novruz Novruzov. Ritorik
Oqtay Qorçu. Abqora sultanı
Ramil Rahiboğlu. Zorlanmış müstəqillik
Rasət Pirisoyu. Xa...
Reyhan Yusifqızı. Gecə ilə baş-başa
Rəhim Əliyev. Zabitəli kişinin arvadı
Rüfət Əhmədzadə. Hardansa, nədənsə, necəsə...
Samir Sarı. Zorbaların torbası
Səbuhi Abbasov. Satılmış yuxular
Sima Ənnağı. Asimanda iki günəş
Sultan Mərzili. Şpiyon
Svetlana Quliyeva. Adsız hekayə
Şahbaz Xuduoğlu. Doktor Cəmil
Şəhriyar Hacızadə. Vəfalı Xoruzu Cehiz Apardı
ŞÖVKƏT. Allahın qonaqları
Tofiq Abdin. Qorxu
Tosif Həsənli Divarlar
Tural Əsədbəyli. Vətən məhəlləsi
Zeynəb Heyran. Hərdən həyatda möcüzələr də olur...
Zərdüşt Şəfi. Qurtuluş yoxdur

Kitab mükafatlandırma mərasimində pulsuz paylanacaq. Əsəri kitaba salınan müəlliflərlə yanaşı istənilən şəxs ondan 1 nüsxə əldə edə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG