Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:32

«Abituriyent» jurnalının üçüncü nömrəsi saxtalaşdırılaraq satışa buraxılıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xəbərdarlıq edir ki, «Abituriyent» jurnalının üçüncü nömrəsi müəyyən şəxslər tərəfindən saxtalaşdırılaraq çap edilib və satışa çıxarılıb.

Saxta jurnallarda qəbul aparılan ixtisasların siyahısında, plan yerlərinin sayında, ixtisas kodlarında, eləcə də qəbul elanı və müsabiqə şərtlərində ciddi texniki və məzmun səhvlərinə yol verilib, məlumatlar ciddi şəkildə təhrif olunub. TQDK-nın yaydığı xəbərdarlıqda o da qeyd olunur ki, həmin jurnalların məzmununa görə qurum məsuliyyət daşımır, abituriyentləri və onların valideynlərini jurnal alarkən diqqətli olmağa çağırır. Jurnalın üz qabığı orijinal nəşrə oxşadılsa da gerçək nəşri saxtadan fərqləndirmək mümkündür. «Orijinal nəşrdə jurnalın üzərindəki «Abituriyent» sözü bir qədər qabarıq formada çap olunduğundan hər bir şəxs həmin yazıya əlini toxundurmaqla bunu hiss edə bilər».

TQDK bu qeyri-qanuni əməlin qarşısının alınması üçün hüquq-mühafizə orqanlarına müraciət odib.
XS
SM
MD
LG