Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:07

Yəmən prezidenti ölkəni tərk edib


Yəmən prezidenti Ali Abdullah Salehin ölkəni tərk etdiyi və hazırda Səudiyyə Ərəbistanında olduğu xəbər verilir.

Yəmən hökumətindəki mənbələrin BBC-yə verdiyi məlumata görə, cümə günü iqamətgahının atəşə tutulması nəticəsində yüngül xəsarət almış Saleh müalicə üçün Səudiyyə Ərəbistanına gedib.

Bundan əvvəl baş nazir və prezidentin müşaviri də daxil olmaqla atəş nəticəsində yaralanmış bir neçə dövlət məmurunun müalicə üçün Səudiyyə Ərəbistanına getdikləri xəbər verilmişdi.

Prezidentin nümayəndələri cümə günü onun ölümüylə bağlı müxalifət mətbuatının yaydığı məlumatı təkzib ediblər.
XS
SM
MD
LG