Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:01

Pərviz Cəbrayıl Milli Kitab Mükafatının qalibidir


Milli Kitab Mükafatını bu il yazıçı Pərviz Cəbrayıl qazandı
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00
Direct-ə keçid

Video: Vüsalə Əlibəyli, Cavanşir Ağamalıyev

Yazıçı Pərviz Cəbrayıl Milli Kitab Mükafatının bu ilki qalibi elan edilib ("Yad dildə" romanı)

Romandan bir parçanı oxu!

2-ci yerə Məqsəd Nur layiq görülüb.

3-cü mükafatı isə Natiq Rəsulzadə və Nəriman Əbdürrəhmanlı qazanıblar.

Ən yaxşı tərcüməyə görə Kamran Nəzirli mükafatlandırılıb.

"Mən çox ümidsiz idim. Amma görünür ümid etmək və inanmaq lazımdır" - bunu isə "Oxu zalı"na açıqlamasında birinci mükafatın sahibi P.Cəbrayıl bildirib.

Çox sevinən, hətta kövrəldiyi də hiss edilən yazar romanına dəyər verildiyi üçün münsiflərə təşəkkür edib.

O həm də müsabiqənin saytında oxucular arasında keçirilən səsvermədə də birinci olduğu üçün mükafatlandırılıb.

Qaliblər müsabiqənin onluğuna düşmüş yazarlar arasından seçilib.

Aslan Quliyev, “Sonuncu”, roman
Azər Abdulla, “Sarı tağ”, roman
Etimad Başkeçid, “Kenterberri” silsiləsi, hekayələr
Məqsəd Nur, “Şəhər meri”, roman
Mirmehdi Ağaoğlu, “Küləyi dişləyən”, hekayə
Nəriman Əbdülrəhmanlı, “Yolsuz”, roman
Natella Osmanlı, “Mən axmağam”,
Natiq Rəsulzadə, “Xunxarlar”, roman (rus dilində)
Pərviz, “Yad dildə”, roman
Paşa Qəlbinur, “Qara su”, roman

Müsabiqəyə ümumilikdə 112 əsər təqdim olunmuşdu.


Elan edilmişdi ki, birinci yerin qalibinə 3 min, 2-ci yeri tutana 2 min, 3-cü yeri tutana isə 1000 manat pul mükafatı təqdim ediləcək. Amerika səfirliyi isə ABŞ yazıçısının əsərini ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcümə etmiş müəllifə 1000 manat məbləğində mükafat verəcək.

Münsiflər heyətinin üzvləri:

Yazıçı Afaq Məsud,
yazıçı Çingiz Abdullayev,
ssenarist Rüstəm İbrahimbəyov,
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı,
kinorejissor Ramiz Fətəliyev,
Xalq şairi Vaqif Səmədoğlu,
BDU-nun professoru Rəbiyyət Aslanova,
“525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid,
“Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı,
aparıcı-jurnalist Nərgiz Cəlilova,
prodüser Balakişi Qasımov,
tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli,
AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev,
Fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi,
“Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu,
kinorejissor Ayaz Salayev
rejissor Mehriban Ələkbərzadə

MKM-in sponsorları - “Bakcell” şirkəti və “Unibank”dır.
Mükafatın təsisçısı “Əli və Nino” Nəşriyyat Evidir.

Həmçinin oxu
Münsiflər heyətinin 3 üzvü istefasını açıqladı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG