Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:46

Sözəbaxan Qadınlar Klubu


Malayziyada müsəlman kişilər 4 dəfə arvad ala bilərlər
Malayziyada müsəlman kişilər 4 dəfə arvad ala bilərlər
Malayziyada bir qrup müsəlman qadın təşkilat yaradıb. Adını da qoyublar Sözəbaxan Qadınlar Klubu. Onlar bu təşkilatı yaratmaqla ailədə qadınları ərlərinə daha itaətkar olmağa çağırırlar. Fikirləşirlər ki, bu yolla boşanma, ailədaxili zorakılıq və buna oxşar başqa problemlərlə daha yaxşı mübarizə aparacaqlar.

Təşkilatın rəhbəri Maznah Taufik deyir ki, Sözəbaxan Qadınlar Klubunda ailəli qadınlara ərlərini necə məmnun etməyin yolları öyrədiləcək:

«Biz bütün ərli qadınlardan daha itaətkar olmalarını xahiş edirik. İstəyirik ki, cəmiyyətimizdə xəyanət, boşanma, ailədaxili zorakılıq kimi problemlər daha az olsun».

Maznah qeyd edir ki, itaətkar qadın təkcə ərinə yemək verən, paltar yuyub ütüləyən qadın deyil. Həm də ərini əyləndirən qadındır. O deyir ki, qadınlar ərlərinin sözlərinə qulaq asmalıdırlar. İslamın tələb etdiyi də budur.

Malayziya müsəlmanların çoxluq təşkil etdiyi yerdir. Əhalinin 60 faizi ibadətlə məşğuldur. Müsəlmanlardan başqa burda Çin və hindli icmalar da var. Onlar buddist, hindu və xristianlardır.

Malayziyada BOŞANMA HALLARI 2002-2009-CU İLLƏRDƏ İKİ DƏFƏ ARTIB. Müsəlmanlar arasında boşanma qeyri-müsəlmanlardan daha çoxdur. Maznah deyir ki, qadınları sözəbaxan olmalarını öyrətmək həm də kişilərin vəzifəsidir:

«Bəzi qadınlar sadəcə gün keçirmək üçün ailə qurur, bunun məsuliyyətini başa düşmür. Həyat yoldaşını əyləndirmək məcburidir. Bunu etməsən, ərin başqa qadın axtaracaq və ailə dağılacaq».

Maznah deyir ki, onların klubuna oxşar klub ötən ay İordaniyada yaradılıb. O, özü başqa bir mübahisəli klubun da üzvüdür. «İxvan və Çoxarvadlılıq» adlı bu klub 2009-cu ildə yaradılıb.

Malayziyada müsəlman kişilər 4 dəfə arvad ala bilərlər. Maznah özü iki arvadlı ərin ikinci arvadıdır.

2010-cu ildə müsəlman fəallardan ibarət qrupun araşdırmasından məlum olub ki, çoxarvadlı ailələrdə qadınların və uşaqların qayğısına qalmaq çətin olur. Nəticədə ailələr maddi cəhətdən sıxıntı çəkirlər, xoşbəxt olmurlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG