Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:52

Çexiya təzyiqlərlə üzləşən jurnalistlərə təqaüd verəcək


Karel Schwarzenberg Washingtonda Azad Avropa və Azadlıq Radiosunun (RFERL) keçmiş Çexeslovakiyada yayımının 60-cı ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edir, 2 iyun 2011

Karel Schwarzenberg Washingtonda Azad Avropa və Azadlıq Radiosunun (RFERL) keçmiş Çexeslovakiyada yayımının 60-cı ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edir, 2 iyun 2011

Azad Avropa və Azadlıq Radiosunun (RFERL) keçmiş Çexoslovakiyada yayımının 60-cı ili tamam olur. Bu münasibətlə Washingtonda dünyada azad mətbuatın demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafında rolu barədə konfrans keçirilib.

Çex Respublikasının Xarici İşlər naziri Karel Schwarzenberg AzadliqRadiosunu demokratiyanın və söz azadlığının inkişafında həlledici sözə malik tərəfdaş adlandırıb. O elan edib edib ki, Çex Respublikası AzadliqRadiosunun verilişlər yaydığı ölkələrdə təzyiqlərə məruz qalan jurnalistlərə təqaüd verməyə başlayır. İlkin mərhələdə bu təqaüd Çexiya Xarici işlər nazirliyinin ayırdığı xüsusi fonddan veriləcək. Lakin bu fonda ABŞ və Avropa Birliyindən də vəasitlərin cəlb olunması nəzərdə tutulur.

Demokratiya uğrunda Milli Fondun (National Endowment for Democracy) prezidenti Carl Gershman isə qeyd edib ki, azad medianın əsas problemlərindən biri maliyyə çatışmazlığıdır. 1989-cu ildə, kommunizmin süqutu ərəfəsində Qərbin müstəqil mediaya yardımlarının ən yüksək həddə olduğunu xatırladan Gershman deyib: “Bu gün isə Çin həmin sahəyə külli miqdarda pul buraxır, amma biz yox.”

Freedom House təşkilatının rəhbəri David Kramer siyasi qərar verən adamları mətbuat azadlığının müdafiəsində daha fəal rol oynmağa çağırıb.

ABŞ Yayım İdarəetmə Şurasının (BBG) sədri Walter Isaacson tədbirdə bildirib ki, tarix boyu etibarlı informasiya demokratiyanın tərəfində olub. Ərəb ölkələrində inqilabalra toxunan Walter Isaacson qeyd edir ki, indi bu inqibaların Yaxın Şərqdə köklü dəyişikliklərə gətirib çıxaracağı, yoxsa, qısamüddətli effekti olacağı barədə polemikalar var. Amma onun fikrincə, bu inqibalar regionda azadlıqların əldə edilməsinə ən azı bir yol açacaq.

Tədbirdə iştirak edən Pakistanın ABŞ-dakı səfiri Husain Haqqani bildirib ki, onun ölkəsində bugünlərdə 2 jurnalist qətlə yetirilsə də onun hökuməti qətiyyən azad medianı boğmaq niyyətində deyil. Səfir bildirib ki, onun ölkəsi həm azad mediaya, həm də güclü demorkatiyaya sahib olacaq.
XS
SM
MD
LG