Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:24

Azərbaycan səfərdə Qazaxıstana məğlub oldu, 1-2


Arxiv şəkil
Arxiv şəkil

Futbol üzrə Azərbaycan yığması Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Qazaxıstan millisinə 1-2 hesabıyla məğlub olub.

Hesabı ikinci hissədə Qazaxıstan yığmasından Sergei Gridin açıb. Bundan sonra meydana daxil olan Azərbaycan yığmasından Vüqar Nadirov hesabı bərabərlişdirib. Amma Gridin yenidən fərqlənib.

Qazaxıstan bu oyuna qədər qrupda sonuncu yerdə gedirdi və bir qol belə vura bilməmişdi.

Azərbaycan yığması bu oyundan sonra 5 oyuna 4 xalla qrupda 5-ci yerdə qalıb. Azərbaycan gələn həftə, iyunun 7-də Bakıda Almaniya ilə qarşılaşacaq.
XS
SM
MD
LG