Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:39

Suriyada 10 minlərlə adam yürüş keçirib, 27 nəfər öldürülüb


Suriyada, Hama şəhərində 50 mindən çox etirazçı prezidentin istefası tələbiylə yürüş edib. Təhlükəsizlik qüvvələri etirazçıları atəş açıblar. Azı 27 nəfər həlak olub.

Cənubdakı Daraa şəhəri yaxınlığındakı Jassemdə də polis etirazçılara atəş açıb. Suriyanın paytaxtı Dəməşqədə və ölkənin şimalında da etirazlar olub.

İnsan haqları fəalları bildirirlər ki, hökumət qoşunları indi Homs şəhərində müxalifətçiləri təqib edir. Bazar günündən bu yana burda 75 nəfər həlak olub. Ümumilikdə yanvar ayında, ölkədə Bashar Al Asadin istefası tələbiylə etirazlar başlayandan Suriyada 1 100-dən çox etirazçı öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG