Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34
Onlar gözlərinə inana bilmirdilər. Oslonun Baş kilsəsinə toplaşanlar müqəddəs “Kristi himmelfart” (İsanın səmaya yüksəlməsi) günündə dua etmək istəyiridlər. Lakin gözlənilmədən 2 çılpaq gənc kilsəyə girərək düz minbərin altında sekslə məşğul olmağa başladı.

Kilsə əməkdaşları onları az qala zorla bir-birindən ayırırdılar. Bu zaman daha bir çılpaq kişi kilsəyə girir. Kilsədən kənara çıxarılan gəncləri polis həbs edir.

Bu gənclər Norveçdə müxtəlif kütləvi tədbirləri pozmaqla tanınırlar. Onlar hamının gözü qarşısında cinsi əlaqəyə girir, bu yolla, özlərinin dediyinə görə, meşələrin qırılmasına etiraz edirlər.

Meşələrlə seksin nə əlaqəsi? Deyirlər ki, adamların diqqətini problemə cəlb etmək istəyirlər. Əlavə edillər ki, cinsi əlaqə həqiqi deyil, sadəcə imitasiyadır.

Bu haqda xəbər verən Dagbladet.no yazır ki, polis gəncləri cərimə edib. Qızla-oğlanı – hərəsi 7500 NOK (1100 manat), aksiyanın 3-cü iştirakçısını isə 6000 NOK (880 manat).

Oslo polisinin nümayəndəsi deyir ki, baş verən adi qanun pozuntusu deyil, olduqca ciddi hadisədir. Onun sözlərinə görə, gənclərin müqəddəs gündə, kilsənin içində törətdikləri onların nə dərəcədə həyasız olduqlarını göstərir.

Olayın videosunu buradan izləyə bilərsiz..

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG