Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

Qarabağ əlillərini incidirlər


Özünü öldürənlər çoxdur
Özünü öldürənlər çoxdur
«Qarabağ Qaziləri» İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu və «Bakı Müharibə Əlil və Veteranları» İctimai Birliyinin sədri Fuad Rzayev Qarabağ müharibəsi əlillərinə son illər dövlət dəstəyindən danışırlar.

Fuad Rzayev:

«Xəstələri xəstəxanalar götürmür. Dava-qırğınla harasa qəbul etdiririk. Qarabağ əlili adı gələndə, başda baş həkimlər olmaqla həkimlər, tibb bacıları sir-sifətlərini elə turşudur ki, bu təbəqə pulsuz təbəqədir, bu, pul verə bilməyəcək, dərmanlarını ala bilməyəcək. Götürəndə elə sifətlə götürürlər ki, götürməsələr ondan yaxşıdır. Yaxud biz məcbur olub hansısa deputata müraciət edirik, tapşırtdırmalı oluruq. Hər dəfə bir əlili xəstəxanaya qəbul etdirmək üçün kiminsə qapısında dayanmalıyıq, xahiş-minnət etməliyik. 2 il bundan əvvəl Şüvəlandan Gülbala adında birinci qrup Qarabağ əlili var idi. İki ayağı da işləmirdi. Ayaqları işləmədiyi üçün qan dövranı yox idi, dabanları çirklənmə verməyə başlamışdı. Biz onu İrana göndərdik, öz hesabımıza müalicə olundu, bir az yaxşılaşdı. Onun onurğasını güllə zədələdiyi üçün sonra arxa tərəfdən onurğasında çirklənmə başladı. Ağır vəziyyətdə biz onu apardıq, birtəhər Travmatologiya İnstitutuna qəbul etdirdik. Həkim dedi ki, bunu niyə gətirmisiniz, onsuz da ölüb gedəcək.
Rey Kərimoğlu
Xəstə 3 gün orada qaldı, 3 gündən sonra çıxardılar ki, aparın onsuz da ölür. Biz orada olmayanda, qardaşlarını aldadıblar, razılığını alıb, qol çəkdiriblər. Aparıblar evə. 2 saatdan sonra ölüb...».

Rey Kərimoğlu:

«2001-ci ildə biz statistikanı aparmışdıq. O vaxt 40-a yaxın Qarabağ əlili intihar etmiş ya da müalicəsizlikdən dünyasını dəyişmişdi. 1996-cı il may ayının 10-da bir Qarabağ əlili özünü alça ağacından asmışdı. Kağız yazıb qoymuşdu ki, mən nə qədər çörək dükanına borclu qalacam? Özünü öldürənlər çoxdur. Çox təəssüflər olsun ki, İlham Əliyevin məsələyə münasibəti adekvat deyil. Milli qəhrəman Mübariz İbrahimovun dəfnində İlham Əliyevin çıxışından sonra mənim onun haqda fikirlərimdə dəyişiklik yarandı. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin münasibəti adekvat deyil. Mən demək istəyirəm ki, ay qardaş, ay İlham Əliyev, vallah, sənin verdiyin göstərişlər məmurlar tərəfindən yerinə yetirilmir. Qarabağ əlillərini incidirlər...».
XS
SM
MD
LG