Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:44

“Balkan qəssabı” Mladic məhkəmədə başını yelləyir



Bosniya-Herseqovinanın paytaxtı Sarayevoda mərkəzi meydanda iri ekran qoyulub.
Burda Mladiçin məhkəməsi canlı izlənilir...

Bosniya serblərinin keçmiş komandanı general Mladiç 1991-1995-ci illərdə törətdiyi əməllərinə görə bu gün BMT-nin keçmiş Yuqoslaviya üzrə Tribunalına çıxarıldı.

..General Ratko Mladiç Haaqada birinci məhkəmə iclasına hərbi papaqda gəldi və məhkəməyə hərbi salam verdi...

Hakim Orie ittihamnaməni oxuyanda ki, Mladiç Srebrenitsada 8 min müsəlman oğlanın və kişinin qırğınında ittiham olunur, Mladiç etiraz olaraq başını yelləyirdi.

“MƏN GƏLMİŞƏM Kİ, ONUN GÖZLƏRİNİN İÇİNƏ BAXIM”

Mladiçin qurbanlarının bir çoxlarının qohumları indi Haaqa məhkəməsinin binası qarşısındadır.

Srebrenitsada ərini və 18 yaşlı oğlunu itirən Münirə Subaşiç deyir: “Mən bura gəlmişəm ki, Mladiçin gözlərinin içinə baxam. Bilmək istəyirəm ki, onun gözləri yenə də qanlıdırmı?”

“Mən 1995-ci ildə Mladiçə yalvardım ki, oğlumu buraxsın. O söz verdi ki, oğlumu buraxacaq. Mən ona inandım.”

“İttihamnaməyə görə, Ratko Mladiç soyqırımında , insanlıq əleyhinə cinayətlərdə, müharibə qanunlarını pozmaqda ittiham olunur”, - bunu Mladiçin məhkəməsinə sədrlik edən hakim Alphons Orie deyir.

Orie deyib ki, Mladiç həmin dövrdə Bosniya müharibəsində törədilən cinayətlərdə Bosniyanın o vaxtki serb lideri Karaciçlə yanaşı iki əsas iştirakçıdan biridir.

MLADİÇ: “BU İTTİHAMLARI BİRİNCİ DƏFƏDİR EŞİDİRƏM”

Məhkəmədə birinci çıxışında Mladiç bütün ittihamları rədd edib:
“Mən bu ittihamın bircə hərfinin və ya cümləsinin belə mənə oxunmasını istəmirəm”. “Mən istərdim ki, bu ittihamnamə mənə verilsin. Mən vəkillərimlə birlikdə bu ittihamnamə ilə yaxından tanış ola bilim.”

Mladiç deyib ki, ittihamnamədə olanları birinci dəfədir ki, eşidir. O, ittihamnamə ilə tanış olmaq üçün 1 ay vaxt istəyib.
69 yaşlı Mladiç onu da deyib ki, o, ölümcül xəstədir.

Gözlənildiyi kimi general heç bir günahını boynuna almayıb. O əksinə, ittihamları müdhiş adlandırıb.

Onun müdhiş adlandırdığı 11 əsas ittihamdan birində deyilir ki, Sarayevonun 43 aylıq mühasirəsi zamanı burda 12 min adamın öldürülməsində Mladiçin əli var.

Bosniya müharbəsində bosniyalılardan və serblərdən birlikdə 130 min adam ölüb.

Həmin qırğınların əsas iştirakçısı olan Mladiç o vaxt xalq arasında “Balkan qəssabı” ləqəbini almışdı.

Srebrenitsa qurbanlarının vəkili Axel Hageldoorn isə deyib ki, 16 il gizlənən Mladiçin axır ki, tapılıb, məhlkəmə qarşına çıxarılması onun qurbanlarının qohumlarına təskinlik oldu.
Vəkilin sözlərinə görə, “ancaq onlar narahatdırlar ki, xəstə olan Mladiç məhkəmə prosesinin sonuna gedib, çıxa bilməsin”.

Məhkəmənin növbəti iclası iyulun 4-də olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG