Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:29

SAM: Son 8 ildə iqtisadiyyat 3 dəfə artıb


Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) 2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair hesabat hazırlayıb.

Hesabatda prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə iqtisadiyyatının son 8 ildə dəfələrlə artması əks olunub.

- 2005-2010-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olmuş və «Human Development Index -2011» hesabatında 101-ci yerdən 67-ci pilləyə qalxıb.

- 2003-2010-cu illərdə Ümumi Daxili Məhsul real ifadədə 3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 9.3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 2.9 dəfə, xarici ticarət dövriyyəsi 5.4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artıb.

- Tədiyyə balansının cari əməliyyatlar balansında 2010-cu ildə yaranan müsbət saldonun həcmi 2005-ci illə müqayisədə 90 dəfə çoxalıb.

SAM-dan «AzərTAc»a bildiriblər ki, hesabat 6 hissədən ibarətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG